Son sutkada 64 520 vaksin vurulub

   Son sutkada 64 520 vaksin vurulub
  11 Sentyabr 2021    Oxunub:1606
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 557 554 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 488 930 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 068 624 təşkil edir.

Azvision.az



Teqlər: Peyvənd  



Xəbər lenti