Azərbaycan I MDB Oyunlarında 4-cü yeri tutub
İdmançılarımız 15 qızıl, 16 gümüş və 29 bürünc medal qazanıblar.
Millimiz mükafat sıralamasında 9 ölkə arasında 4-cü olub. Azərbaycan yığması Rusiya, Özbəkistan və Qazaxıstandan geri qalıb.
Qeyd edək ki, sentyabrın 4-11-də keçirilən yarışda 9 ölkədən 14-23 yaşlı 1139 idmançı mübarizə aparıb. Onlar 16 növ üzrə 182 dəst medal üçün yarışıb.
Azvision.az
Teqlər: Medal