Vətən müharibəsinin iştirakçısı yol qəzasında həlak oldu

Vətən müharibəsinin iştirakçısı yol qəzasında həlak oldu
  12 Sentyabr 2021    Oxunub:1979
Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Elşən Ağayev bu gün Sabirabadın Yastıqoba kəndində baş verən ağır yol qəzasında həlak olub.
Azvision.az "Report"a istinadla xəbər verir ki, “Tofaş” markalı avtomobillə “VAZ-2107” markalı avtomobillə toqquşması nəticəsində daha nəfər - 1993-cü il təvəllüdlü Baxşəliyeva Şəfaqət Əsəd qızı, 1979-cu il təvəllüdlü Fərhadov Rövşən Yusif oğlu, 1996-cı il təvəllüdlü Baxşəliyev Sədi Adil oğlu və 1993-cü il Baxşəliyev Əli Adil oğlu müxtəlif xəsarətlər alıblar.



Qeyd edək ki, Elşən Ağayev Vətən müharibəsi iştirakçısı idi.
Faktla bağlı araşdırma aparılır.



Teqlər: Qəza  





Xəbər lenti