Suriya ordusu strateji qalanı geri aldı

Suriya ordusu strateji qalanı geri aldı
  21 Mart 2014    Oxunub:1095
Qalanın alınması terrorçulara qarşı növbəti ağır zərbələrdən biri olub.
Suriyada hökumət qüvvələri 2012-ci ildən etibarən terrorçu qüvvələrin əlinə keçən orta əsrlərə aid məşhur Krak de Şövalye qalası üzərində nəzarəti bərpa edib. AzVision.az xəbər verir ki, Livanın Əl-Meyədin kanalından verilən məlumata görə, qala uğrunda ordu qüvvələri ilə terrorçu dəstələr arasında uzun müddət qızğın döyüşlər gedib.

YUNESKO-nun dünya mədəni irs siyahısına daxil olan qala geri qaytarıldıqdan sonra Suriya əsgərləri qalanın zirvəsində ölkə bayrağını dalğalandırıblar.

Bir qədər əvvəl Suriya ordusu Yəbrud şəhərində terrorçulara ağır zərbə vurmuşdu. Qalanın alınması isə terrorçulara qarşı növbəti ağır zərbələrdən biri olub.


Teqlər:





Xəbər lenti