Kərim Vəliyev Anıtqəbiri ziyarət edib

Kərim Vəliyev Anıtqəbiri ziyarət edib
  13 Sentyabr 2021    Oxunub:607
Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
Baş Qərargah rəisi Xatirə kitabına ürək sözlərini yazıb.

Azvision.az


Teqlər: Anıtqəbir   Türkiyə  



Xəbər lenti