Bərdənin qisası ilə bağlı yeni detallar: 48 milyonluq “Smerç” vurmuşuq - FOTO

  13 Sentyabr 2021    Oxunub :3714
  Bərdənin qisası ilə bağlı yeni detallar:  48 milyonluq “Smerç” vurmuşuq - FOTO
Tanınmış erməni bloger, hərbi məsələləri araşdıran Aram Gevorqyan Ermənistan ordusunun müharibədəki biabırçı gedişlərindən danışıb. Azvision.az xəbər verir ki, Gevorqyan Azərbaycanın təkcə "Smerç" silahlarını məhv etməklə İrəvana 48 milyon dollar zərər vurmasından şikayətlənib.
Erməni bloger peyk görüntülərinə və bəzi faktlara əsaslanaraq iddia edib ki, 44 günlük müharibə zamanı hərbçilər "Smerç"lərin bütün partiyasını yalnız bir yerdə - Xaçın çayının vadisində, Selsulanlı kəndi yaxınlığında saxlayıblar. Bu isə qeyri-peşəkarlıqdır və bir sıra müəmmalar yaradır.

- Bu artıq sirr deyil. Çünki bura müharibənin qızğın vaxtında azərbaycanlılar üçün açıq idi. Vurulmuş "Smerç"lərimiz həmin ərazidə bir-birindən bir neçə kilometr aralıda tapıldı. Peykdən çəkilən şəkillərdə də həmin bahalı silahlarımızın vurulduğu yerlər görünür.

"43 hərbçimiz Şuşada mühasirəyə salınaraq öldürülüb" - Erməni mediası
Peyk görüntüləri onu da təsdiq edir ki, "Smerç"lərimiz 13 oktyabrda Yevlax istiqamətində həmin nöqtədən atəş açıblar. Oktyabrın 17-də isə qarşı tərəfin "Harop"la "Smerç"i necə hədəf almasını göstərən video yayıldı.

Vurulan bu zərbə düşmənin ərazini izlədiyinə dair xəbərdarlıq olmalı idi. Ancaq bizimkilər eyni yerdən atəş açmağa davam etdilər...

"Smerç"dən daha ucuz, lakin davamlı şəkildə yerdəyişməsi asan olmayan "D-20" haubitsalar belə, atəş açdıqdan dərhal sonra mövqelərini dəyişirlər. Amma "Smerç"lər eyni vadidə qaldı.
Gələk oktyabrın 29-na. Bərdəyə atəş açmamızdan əvvəl qarşı tərəf artıq "Smerç"imizi hədəf seçdi. Onlar gözləyirdilər, bizimkilərdən biri atəş açan kimi bir neçə hücum ilə çox sayda raket sistemlərimizi məhv etməyə başlayırdılar. Reallaşan növbəti uğursuzluq əvvəlki atış yerindən 2,5 kilometr aralıda baş verdi. Xatırladım ki, bir "Smerç"in qiyməti 12 milyon dollardır.

Hərbi araşdırmaçı deyir ki, əslində ikinci "Smerç"in məhv edilməsi də ermənilərə mövqelərini dəyişməyə, diqqətli olmağa vadar etməli idi. Amma hər şey əksinə oldu.



- Bu hadisə heç olmasa atəş açan "Smerç"lərin bir-birindən xeyli uzaqda saxlanmasına gətirib çıxarmalı idi. Amma ertəsi gün, oktyabrın 30-da, daha bir "Smerç"imiz dünənki olay yerindən 2,2 km aralıda yenidən Bərdə istiqamətində atəş açdı. Türklərin (azərbaycanlılar - red.) ərazini izlədikləri artıq aydın məsələ idi. Onlar atəş açanların sığınacağa qayıtmasını gözləyirdilər və dərhal da yaxınlıqdakı iki "Smerç"i məhv etdilər. Bütün bunları böyük təəssüf hissi ilə yazıram. Ancaq müharibədən bir il sonra kiminsə dövlətə 48 milyon dollar ziyan vurmasına, 4 "Smerç"in eyni yerdə saxlanmasına reaksiya verdiyini eşitmədim.

Aydın məsələdir ki, bu gedişlər sıravi bir əsgərin müstəqil hərəkəti deyildi. Əsgər özü atəş aça bilməzdi. Ona da əmr olunurdu. Onlara əmr edənlərə isə tapşırıq belə verilirdi. "Smerç" açıq səma altında saxlanılan "Haubitsa" deyil. Müharibələr belə olmur...

Tural Tağıyev
Azvision.az

Teqlər:   Smerç   Ermənistan   Bərdə   Harop   Azərbaycan-Ordusu  







Xəbər lenti