“Zəfər Yolu” layihəsinin ilk tədbiri keçirilib
Tədbirdə batalyonun şəhid olmuş qəhrəmanlarının ailə üzvləri, Qarabağ müharibəsinin qaziləri, veteranları, hərbçilər iştirak edib. Batalyonun ilk toplaşma məntəqəsinin dağılmış divarları önündə tədbir iştirakçıları Şəhidlərimizin əziz xatirəsini yad edib, Ana Vətənin azad olması münasibəti ilə sevinc hisslərini bölüşüblər. Çıxışçılar qeyd ediblər ki, xalqımız hər zaman Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olub. Hər qarış torpaq uğrunda şəhid qanı axıb. 30 il ərzində apardığımız mübarizə Vətən müharibəsində qalibiyyətimizlə yekunlaşdı və torpaqlarımız qəhrəman övladlarımızın şücaəti sayəsində azadlığına qovuşdu.
Qeyd edək ki, layihə iki ay ərzində davam edəcək və Zəfərimizin 1-ci ildönümündə yekunlaşacaq.
Azvision.az
Teqlər: