Komitəyə zorakılıqla bağlı 148 müraciət daxil olub

 Komitəyə zorakılıqla bağlı 148 müraciət daxil olub
  14 Sentyabr 2021    Oxunub:742
2021-ci il birinci yarımili ərzində Ailə, Qadın və Uşaq və Problemləri üzrə Dövlət Komitəsinə 718 vətəndaş müraciəti, 664 xidməti məktub daxil olub.
Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, vətəndaş müraciətləri içərisində məhkəmə qərarlarının icra edilməməsi (384), məişət zorakılığı (148), müalicə və müayinə olunmaqda köməklik (116), müxtəlif yönümlü sosial müavinətlərin, yardımların, təqaüdlərin alınması (98) ilə bağlı müraciətlər üstünlük təşkil edir.

Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan 148 müraciət üzrə yerli icra hakimiyyəti orqanlarından 86 cavab məktubu alınıb və bu cavab məktublarının təhlili aparılıb.

Müraciətlərlə bağlı lazımı tədbirlər görülüb, yerli icra hakimiyyətlərinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları ilə işçi qaydada əlaqə saxlanılıb.

Məişət zorakılığından zərərçəkənlər üçün qeyri-dövlət yardım mərkəzlərinin sığınacaqlarında yerləşdirilmiş şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı Dövlət Komitəsi qurumlararası əlaqələndirməni həyata keçirib və onların müdafiəsinin təşkili məqsədilə aidiyyəti qurumlar qarşısından məsələ qaldırıb.

2021-ci ilin birinci yarım illiyində rəsmi və işçi qaydasında 22 məişət zorakılığından zərərçəkmiş şəxslə bağlı müraciətlərə baxılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məişətzorakılığı  





Xəbər lenti