Valideynlər hansı halda övladını məktəbə göndərməyə bilər?

 Valideynlər hansı halda övladını məktəbə göndərməyə bilər?
  14 Sentyabr 2021    Oxunub:1417
Valideynlər iki halda övladlarını məktəbə göndərməyə bilərlər. Birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə olacaq.
Azvision.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, həmin zonada yaşayan valideynlər ərizə yazaraq övladını məktəbə göndərməyə bilər:

“İkinci halda isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlər övladını məktəbə göndərməməlidir. Eləcə də xəstəlik barədə məktəb rəhbərliyinə məlumat verməlidir".

Qeyd edək ki, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.

Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Azvision.az


Teqlər: Məktəb   Koronavirus  





Xəbər lenti