Krımın birləşmə müqaviləsi ratifikasiya edildi

Krımın birləşmə müqaviləsi ratifikasiya edildi
  21 Mart 2014    Oxunub:990
Rusiya Federasiya Şurası Krımın bu ölkənin tərkibinə daxil edilməsi haqqında müqaviləni ratifikasiya edib. AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, Rusiya Federasiya Şurasının 155 senatoru müqavilənin lehinə səs verib. Bitərəf və əleyhinə səs verən senator olmayıb.

Qeyd edək ki, martın 16-da Krımda Muxtar Respublikanın statusu haqqında referendum keçirildi.

Martın 18-də Rusiya və Ukraynanın Krım regionu Krımın və Sevastopol şəhərinin RF-nin tərkibinə daxil olması haqqında saziş imzaladılar.


Teqlər:  





Xəbər lenti