Daha 2077 nəfər koronavirusa yoluxub, 33 nəfər vəfat edib

 Daha 2077 nəfər koronavirusa yoluxub,  33 nəfər vəfat edib
  14 Sentyabr 2021    Oxunub:813
Azərbaycanda koronavirus infeksiyasına 2077 yeni yoluxma faktı qeydə alınıb, 3725 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az- a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 463 326 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 416 194 nəfər müalicə olunaraq sağalıb, 6 167 nəfər vəfat edib. 40 965 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 991, bu günə qədər isə ümumilikdə 4 675 110 test icra olunub.

Azvision.az


Teqlər: Virus  





Xəbər lenti