Salyanda "Azəriqaz”ın “Açıq mikrofon” aksiyası olacaq

 Salyanda  "Azəriqaz”ın   “Açıq mikrofon”  aksiyası olacaq
  14 Sentyabr 2021    Oxunub:1001
Sentyabrın 16-sı saat 11:00-dan 13:00-dək Salyan rayonunun Təzəkənd kəndində quraşdırılacaq “Açıq mikrofon” yerli istixana sahiblərinin problem və təkliflərinin dinlənilməsinə xidmət edəcək.
Azəriqaz”dan Azvision.az -a verilən məlumata görə, aksiyaya bütün sahibkarlar dəvətlidir.

“Azəriqaz” İB sosial məsuliyyətdən irəli gələn addımlar çərçivəsində sahibkarlara dəstək aksiyasını davam etdirir. Təbii qazdan istifadə edərək sahibkarlıq fəaliyyəti göstərən subyektlərinin davamlı olaraq mavi yanacaqla təmin edilməsi əsas prioritetlərdən biridir.

təbii qazla fasiləsiz və təhlükəsiz təchizat sahibkarlıq subyektlərinin daha rentabelli və daha geniş müstəvidə fəaliyyət göstərməsini şərtləndirən amillərdəndir. Bu öz növbəsində yeni iş yerlərinin açılmasını, sözügedən subyektlərin daha dayanıqlı olmasını təmin edir. "Azəriqaz" İstehsalat Birliyinin Salyan rayonunda təşkil edəcəyi “Səyyar qəbul otağı”nın məqsəd və məramı da bundan ibarətdir. Dövlət başçımızın ağır pandemiya dövründə sahibkarlara olan xüsusi diqqəti, onlara verilən maddi dəstək, güzəştlər, vergidən azadolunmalar hər birimizin yaxşı yadındadır. Biz də xalqın xidmətçisi olaraq missiyamızı layiqli şəkildə davam etdirməkdə israrlıyıq”, - qurumun açıqlamasıda bildirilib.

Azvision.az



Teqlər: Azəriqaz   Açıq-Mikrofon  





Xəbər lenti