Yaqub Zurufçu "Qurd qapısı"nda dəfn ediləcək

   Yaqub Zurufçu "Qurd qapısı"nda dəfn ediləcək
  15 Sentyabr 2021    Oxunub:2051
Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib.
Mədəniyyət Nazirliyindən Azvision.az -a bildirilib ki, mərhum bu gün saat 13:00-da Bakının "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

O, Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynov (Rəmiş) yanında dəfn olunacaq.

Qeyd edək ki, Y.Zurufçu ötən gün "Yeni klinika"da vəfat edib.

Allah rəhmət eləsin!

Azvision.az



Teqlər: Yaqub-Zurufçu  



Xəbər lenti