Siyasi partiyaların təmsilçiləri Bakıda Türk şəhidliyində

   Siyasi partiyaların təmsilçiləri Bakıda Türk şəhidliyində
  15 Sentyabr 2021    Oxunub:659
Azərbaycanda bir qrup siyasi partiyaların nümayəndələri Bakının işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə Türk şəhidliyini ziyarət ediblər.
Azvision.az -ın məlumatına görə, ziyarətdə Yeni Azərbaycan Partiyasının sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova, REAL Partiyasının üzvləri Erkin Qədirli və Natiq Cəfərli, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev iştirak ediblər.

Ziyarətçilər sırasında partiyaların rəhbər şəxsləri ilə yanaşı, digər üzvləri də olub. Onlar abidənin önünə gül düzüb, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.

Azvision.az


Teqlər: Türkiyə   Şəhid  





Xəbər lenti