"Bəzi ölkələrdə "əfqanlaşma" təhlükəsi mövcuddur" - Qazaxıstanlı ekspert

 "Bəzi ölkələrdə "əfqanlaşma" təhlükəsi mövcuddur" -  Qazaxıstanlı ekspert
  15 Sentyabr 2021    Oxunub:988
Məsuliyyətsiz hakimiyyətin olduğu bir sıra oturuşmamış və qeyri-sabit region ölkələrində vəziyyətin «əfqanlaşması» təhlükəsi mövcuddur. Bu sözləri Azvision.az-a Qazaxstanın Siyasi tədqiqatlar mərkəzinin direktoru, ekspert Aydar Amrabayev deyib. O bildirib ki, bəziləri hətta bütövlükdə Mərkəzi Asiyada islam dövlətinin və ya Xilafətin yaranması təhlükəsini vurğulayırlar.
- Amma faktiki «Taliban» İŞİD və özünə alternativ olan digər terrorçu təşkilataların rəqibidir. Hazırda taliblər ölkə ərazisinin öz düşmənlərindən "təmizlənməsi" ilə məğuldurlar. Ona görə də, mən hətta orta perspektivdə Talibanın Mərkəzi Asiya ölkələrinə təhdidindən danışmazdım. Amma, «əfqan keysi» anlayışını daha geniş mənada nəzərə almaqla, ölkələrin öz müdafiə qabiliyyətini və funksional gücünü möhkəmləndirməsi zəruridir,- ekspert vurğulayıb.

O bildirib ki, "Moskvaya səfər etmiş taliblərin nümayəndə heyəti orada keçirdiyi mətbuat konfransında qonşu ölkələrə təhdidi istisna etdiklərini, ölkədə dinc quruculuqla məşğul olmaq məramalarını və region dövlətləri ilə mehriban qonşuluq münasibətləri qurmaq arzularını bəyan ediblər. Buna şübhə etməyə hələlik səbəb yoxdur.

- Məsələn, Qazaxıstanın Əfqanıstanda öz kommersiya maraqları var. Qazax unu əfqanlar arasında çox populyardır. Əfqanıstan zəngin ehtiyatlara malik ölkədir və çox iş adamları bu ölkənin məsuliyyətli, legitim hakimiyyətilə əməkdaşlıq etməyə hazırdırlar. Əsas məsələ taliblərin rejiminin beynəlxalq miqyasda tanınmasıdır. Çünki əksər ölkələrdə «Taliban» terrorçu təşkilat kimi tanınıb. Amma zaman keçdikcə taliblər beynəlxalq meyarlara uyğunlaşa bilərlər.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: Ermənistan   Zəngəzur-dəhlizi  





Xəbər lenti