Baş infeksionistdən valideynlərə tövsiyə

Baş infeksionistdən valideynlərə tövsiyə
  15 Sentyabr 2021    Oxunub:778
Artıq ikinci ildir pandemiya şəraitində yaşayırıq. Pandemiya dövründə tədrisin təşkilinə dair Nazirlər Kabinetinin qaydaları var. Bu qaydalara əsasən məktəblərdə tədris bərpa edilir.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, bu dövrdə valideynlər uşaqlar arasında izahedici söhbətlər aparmalıdır.

“Valideyn özü də bu işdə aktiv iştirak etməlidir. Hər gün səhər və axşam uşağın şikayətləri araşdırılmalıdır. Xəstəlik əlamətləri olan uşaqları məktəbə buraxmaq olmaz”.

Uşaqların koronavirusu yüngül keçirdiyini deyən baş infeksionist bildirib ki, onlar arasında xəstəxanaya yerləşdirmək hallarına az rast gəlinir.

“Bəzi uşaqlarda infeksiyaya yoluxduqdan sonra missiya sindromu yarana bilər. 18 yaşa qədər şəxslər peyvənd olunmayanlardır. Onlar yoluxsa xəstəliyi evə gətirə bilər. Bu zaman xroniki xəstəliyi olan insanların yoluxma ehtimalı yüksəkdir. Bu məsələyə ciddi yanaşılmalıdır. Uşaqların yoluxmaması üçün əlimizdən gələn tədbirləri etməliyik”.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti