"Zəfər tarixi" dərsliyinin hazırlanması son mərhələdədir

"Zəfər tarixi" dərsliyinin hazırlanması son mərhələdədir
  16 Sentyabr 2021    Oxunub:1021
"Hazırda məktəblilər üçün hazırlanan "Zəfər tarixi" dərsliyi ilə bağlı işlər son mərhələdədir". 
Azvision.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı bildirib. Nazir müavini qeyd edib ki, yeni dərslikdə şagirdlər Azərbaycanın Zəfər tarixi tarixi barədə ətraflı və dəqiq məlumatlara sahib ola biləcək.

F.Qurbanov eyni zamanda xatırladıb ki, Təhsil Nazirliyi daim dərsliklərin təkmilləşdirilməsi istiqamətində çalışır.

Azvision.az


Teqlər: Dərslik  





Xəbər lenti