Ermənilərin dağıtdığı 45 məktəbin 36-sı təmir edilib

  16 Sentyabr 2021    Oxunub :737
 Ermənilərin dağıtdığı 45 məktəbin 36-sı təmir edilib
Təhsil Nazirliyinin sifarişi ilə bu il 15 sentyabr tarixinə qədər tikilən və əsaslı təmir olunan yeni 37 məktəbin açılışı olub.

Azvision.az xəbər verir ki, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə Ümumitəhsilin təşkili və idarə olunması şöbəsinin məsləhətçisi Elçin Kərimov deyib. Onun sözlərinə görə, bu məktəblərdən 22-si bir tipli, 15-i modul tiplidir.
"Dekabr ayı ərzində isə 32 məktəbin açılması planlaşdırılır. Onlardan 16-sı birtipli, 16-sı isə modul tipli məktəb olacaq.

Ötən il 44 günlük Vətən müharibəsində erməni terroru nəticəsində Azərbaycanda 45 məktəbə ziyan dəyib. Onlardan 36-da təmir və tikinti işləri yekunlaşıb".

Aytən Zəhra
Azvision.az

Teqlər: Məktəb  







Xəbər lenti