Şagird sayı sıx olan siniflərlə bağlı təlimat hazırlanır

   Şagird sayı sıx olan siniflərlə bağlı təlimat hazırlanır
  16 Sentyabr 2021    Oxunub:1041
Məktəblərdə tənəffüs zamanı şagirdlərin bir araya toplanışına icazə verilməyəcək.

Azvision.az xəbər verir ki, bunu "Media və təhsil dialoqu" təlimində Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin məsləhətçisi Elçin Kərimov bildirib. Onun sözlərinə görə, bununla bağlı yeni təlimat hazırlanır.
"Şagird sayı sıx olan siniflərin daha böyük ölçülü siniflərə keçirilməsi nəzərdə tutulur. Əyani tədrisin bərpası zamanı bir partada bir yox, iki uşağın da oturması nəzərdə tutulur. Təhlillər aparılıb, həmin siniflərin daha böyük ölçülü otaqlarda yerləşdirilməsi nəzərdə tutulur. Çünki şagird sayı çox olan sinifdə artıq 1,5 metrlik məsafə gözlənilmir. Hazırlanan yeni təlimat yaxın zamanlarda ictimaiyyətə çatdırılacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti