Azər Zeynalovun pianoçu sonbeşiyi - FOTOLAR + VİDEO

  16 Sentyabr 2021    Oxunub :696
   Azər Zeynalovun pianoçu sonbeşiyi -    FOTOLAR + VİDEO
Fərid Zeynalov opera müğənnisi, Xalq artisti Azər Zeynalovun dörd övladından biridir. Evin sonbeşiyi İncəsənət Gimnazisiyasında təhsil alır. O bu il 6-cı sinif şagirdi olacaq.
Azvision.az - ın əməkdaşı tədbirlərdən birində Fəridlə söhbətləşib.Tədbir iştirakçılarını pianodakı ifası ilə feyziyab edən 11 yaşlı oğlan pianoçu olmaq istədiyini bildirib. Fəridin bu sahəyə böyük marağı var. O, Bakıda, Moskvada və Böyük Britaniyada keçirilən bir sıra müsabiqələrdə iştirak edib və yer tutub.

Fərid atasının “Şükriyyə” mahnısını çox sevir. Deyir ki, musiqi sənətində irəliləmək, inkişaf etmək üçün atasından mənəvi dəstək görür. Balaca pianoçunun foto və ifasından ibarət videosunu təqdim edirik:













Şahanə Rəhimli
Azvision.az

Teqlər: AzərZeynalov   FəridZeynalov  







Xəbər lenti