Bakı məktəblərində 90 faiz müəllim peyvənd olunub

   Bakı məktəblərində 90 faiz müəllim peyvənd olunub
  16 Sentyabr 2021    Oxunub:1255
Bu günə olan məlumata əsasən, Bakı məktəblərində 90 faiz müəllim artıq vaksinasiya olunub. Bu isə tədrisin davamlılığı üçün vacib addımdır.
Azvision.az xəbər verir ki, bunu Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. O bildirib ki, yeni tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 471 661 şagirdin təlim-tərbiyəsi ilə 28 167 müəllim məşğul olacaq.

"Yeni tədris ilə əlaqədar məktəblərdə sanitar-epidemioloji tədbirlər gücləndirilib".

Aytən Zəhra
Azvision.az


Teqlər: Peyvənd  





Xəbər lenti