Bu tələbələrlə bağlı hökumətə müraciət edilib

 Bu tələbələrlə bağlı hökumətə müraciət edilib
  17 Sentyabr 2021    Oxunub:858
Ötən tədris ilinin rəqəmlərinə əsasən Azərbaycanda 89 ölkədən 6600 xaricdən gələn tələbə təhsil alır.
Azvision.az xəbər verir ki, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov bildirib. Onun sözlərinə görə, hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə ölkə sərhədləri 42 ölkəyə açıqdır, yəni həmin ölkənin vətəndaşları Azərbaycana gələ bilərlər:

"Hazırda əyani tədrisin bərpası qərarı verilib. Oktyabrda bu tədris ili üçün yeni qəbul olan xarici tələbələrin siyahısı yekunlaşacaq. Ölkə sərhədləri açıq olmayan ölkələrdən gələcək tələbələrlə bağlı hökumətə təlimat verilməsi üçün müraciət etmişik. Çünki bunların bir çoxu praktik məşğələlərdir, məsələn, Azərbaycanda xarici tələbələrin 1/3-i tibb təhsili alırlar və onlar burada olmalıdırlar ".

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti