Şənbə günü şimşək çaxacaq, yağış yağacaq
Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək, əksər rayonlarda əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 11-16° isti olacaq.
Azvision.az
Teqlər: Hava