Qarabağda peşə məktəblərinin fəaliyyəti bərpa olunacaq

  17 Sentyabr 2021    Oxunub :416
   Qarabağda peşə məktəblərinin fəaliyyəti bərpa olunacaq
"I Qarabağ müharibəsi zamanı peşə təhsili müəssisələrinin yarıdan çoxu məcburi köçkünlərin istifadəsinə verilmişdi. Bu gün bu müəssisələrin bəzilərində hələ də yaşayış var".
Azvision.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərimov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə deyib. Onun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində peşə təhsili sahəsində infrastrukturun 50 faizinə zərər dəyib:

"İşğaldan azad olan torpaqlarda vaxtilə 12 peşə təhsili müəssisələri fəaliyyət göstərib. Onlardan 6-sı fəaliyyətini tam dayandırıb, 6-sı isə köçkün məktəbi kimi digər rayonlarda fəaliyyət göstərir. Torpaqlarımızın yenidən qurulması siyasətinə uyğun olaraq işğaldan azad olunan torpaqlarda yaradılacaq peşə məktəblərinin profilləri, infrastrukturu, ilk binanın tikilməsi və növbəlilik məsələlərinə baxılır".

Aytən Zəhra
Azvision.az

Teqlər:







Xəbər lenti