Xarici diplomların tanınma qaydaları dəyişə bilər

 Xarici diplomların tanınma qaydaları dəyişə bilər
  17 Sentyabr 2021    Oxunub:1375
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişikliklərlə bağlı layihə hökümətə verilib. Yaxın gələcəkdə diplomların tanınması başqa formata keçəcək".
Azvision.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov deyib. O bildirib ki, yeni layihədə qismən tanınma anlayışı olacaq.

"Məsələn, tələbə Rusiyada təhsil alıb və həmin fakültədə norma 240 kreditdir, bizdə isə o fakültə üzrə göstərici 340 kreditdir. Onun diplomu qismən tanınacaq. Həmin şəxsə şərait yaradılacaq ki, kreditini tamamlamaq üçün Azərbaycanda təhsil alsın. Bundan sonra həmin şəxsin əmək bazarına çıxışı təmin ediləcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Xarici-diplom   Tanınma  





Xəbər lenti