Orta məktəblərin hərbi rəhbərləri üçün metodiki toplantı keçirilib

Orta məktəblərin hərbi rəhbərləri üçün metodiki toplantı keçirilib
  17 Sentyabr 2021    Oxunub:922
Bu günlərdə Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bir sıra tövsiyə və təkliflər səsləndirdi. O, idman sahəsində tərbiyə məsələlərinə ciddi şəkildə diqqət ayırmağı vacib saydı, bütövlükdə gənclərimizin tərbiyə edilməsi prosesinin diqqət mərkəzində olmasını söylədi.
“Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır” -,dövlət başçısı öz tövsiyə və tapşırıqlarını bildirib.

Prezident İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmizin gənclərin tərbiyə işində əsas rol oynamasını da vacib sayıb. Artıq bu istiqamətə bir sıra tədbirlərin keçirilməsi və gənclər, şagirlər üçün hərbi-vətənpərvəlik mövzusunda yarış və toplantıların təşkilinə başlanılıb. Belə ki, Bakı Şəhər Təhsil İdarəsinin Təlim-Dəstək Mərkəzi və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xəzər Pirallahı rayonlarını əhatə edən məktəblərin hərbi rəhbərləri üçün tədbir keçirilib.

Xəzər Rayon Gənclər və İdman İdarəsindən Azvision.az –a verilən məlumata görə, hərbi rəhbərləri bir araya gətirən bu metodiki toplantıda əsas məqsəd 2021-2022-ci il dərs ilinin başlanması ilə əlaqədar ümumtəhsil məktəblərində qarşıdan gələn hərbi dərslər, yarışların keçirilməsi və digər istiqamətlərdə müzakirələrin aparılması olub. Tədbirdə təhsil nazirinin “27 sentyabr Anım Günü və 8noyabr Zəfər Günü ilə bağlı tədbirlər planının təsdiq edilməsi barədə” əmrinin tələblərinin yerinə yetirilməsi istiqamətində də müəyyən göstərişlər verilib. Ümumtəhsil məktəblərində 27 sentyabr Anım Gününün qeyd edilməsi üçün nümunəvi dəyirmi masaların, debatların, vebinarların və başqa tədbirlərin keçirilməsinə dair tövsiyələr verilib. Eyni zamanda Zəfər günü ilə bağlı da müxtəlif tədbir və yarışları təşkili müzakirə mövzusu olub.













Azvision.az



Teqlər: Məktəb   Dərs   Toplantı  





Xəbər lenti