Ermənilər yenə hücumda

Ermənilər yenə hücumda
  01 Aprel 2013    Oxunub:1321
Mövqelərimiz atəşə tutulub
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Fərəhli kəndləri yaxınlığında yerləşən mövqelərimizi atəşə tutub.

Füzuli rayonunun işğal olunmuş Aşağı Əbdülrəhmalı, Qaraxanbəyli və Aşağı Seyidəhmədli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Göygöl və Gədəbəy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:  





Xəbər lenti