Mahir Polşa çempionatında ilk qolunu vurdu - VİDEO

Mahir matçın 46-cı dəqiqəsində Tomaş Pekhartın əvəzinə meydan daxil olub. O, 79-cu dəqiqədə komandasının 3-cü qolunu vurub. Bu, Emrelinin Polşa çempionatında ilk qoludur. 24 yaşlı hücumçu buna qədər Çempionlar Liqasında 2, Avropa Liqasında 3 və Polşa superkubokunda 1 qol vurmağı bacarsa da, çempionatda rəqib qapılarına yol tapa bilməmişdi.
"Legiya" bu nəticədən sonra 9 xalla 12-ci pillədə qərarlaşıb.
Teqlər: Futbol Mahir-Emreli