Kiyev Krıma görə Yerevanı hədələdi

Kiyev Krıma görə Yerevanı hədələdi
  22 Mart 2014    Oxunub:1274
Ermənistanın Krımla bağlı Rusiyanın hərəkətlərinə dəstək verməsi Kiyevlə Yerevanın arazında ciddi narazılıq yaradıb.

Ukrayna hökuməti Ermənistandakı səfiri İvan Kuxtunu məsləhətləşmələr üçün geri çağırıb. Rəsmi Kiyev bəyan edib ki, Yerevanın öz mövqeyinə aydınlıq gətirməsini gözləyir.

Ermənistanın Ukraynadakı səfiri isə bu ölkənin XİN-inə dəvət olunub və ona etiraz notası təqdim edilib.

Ukraynanın xarici işlər nazirinin müavini Danill Lubkivskiy Yerevanı hədələyərək bildirib ki, əgər Krımın Rusiyaya birləşdirilməsini tanısa, bu, Ermənistana baha başa gələcək. Bundan sonra Ermənistanın xarici işlər naziri ölkəsinin bütün xalqların öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyini bildirib.

Yada salaq ki, martın 20-də Ermənistan prezidenti Serj Sarqsyan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında Krımdakı referendumu dəstəklədiyini bildirmişdi.

Ermənistandan başqa, Qazaxıstan, Suriya, Kuba və Nikaraqua da referendumu dəstəkləyiblər.

Tariyel
AzVision.az



Teqlər:  





Xəbər lenti