Pakistanda yol qəzası 35 nəfərin həyatına son qoyub

Pakistanda yol qəzası 35 nəfərin həyatına son qoyub
  22 Mart 2014    Oxunub:764
Pakistanın Bəlucistan vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. AzVision.az `İtar-Tass`a istinadən xəbər verir ki, yol qəzası nəticəsində 35 nəfər ölüb.

İnsident benzindaşıyan maşınının sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib. O, yüksək sürətdə yolun qarşı hissəsinə çıxaraq sərnişin avtobusu ilə toqquşub.

Şahidlərin sözlərinə görə, toqquşmadan sonra güclü yanğın baş verib. Hadisə nəticəsində 30-a yaxın insanın xəsarət aldığı da bildirilir.


Teqlər:





Xəbər lenti