Saakaşvili Prokurorluqda dindirildi
AzVision.az Trend-ə istinadən xəbər verir ki, M. Saakaşvilinin sabiq Baş nazir Zurab Jvaniyanın ölüm işi üzrə ifadəsi alınacaq.
Qeyd edək ki, Z. Jvaniya və dostu Raul Yusupov 2005-ci il fevralın 3-də Tbilisidəki otaqların birində ölü vəziyyətdə tapılmışdılar.
Rəsmi versiyaya əsasən, ölümə səbəb dəm qazı nəticəsində zəhərlənmə olub. Lakin Baş nazirin qətlə yetirilməsi şübhəsi də mövcuddur. Dünən bu iş üzrə keçmiş daxili işlər naziri Vano Merabişvili də dindirilib.