Ruhanidən Azərbaycan və Ermənistan prezidentlərinə təbrik gəldi

Ruhanidən Azərbaycan və Ermənistan prezidentlərinə təbrik gəldi
  22 Mart 2014    Oxunub:808
İran prezidenti Novruz bayramı münasibətilə 9 ölkə başçısı, Azərbaycan da olmaqla, Türkiyə, Əfqanıstan, Tacikistan, Pakistan, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Ermənistan prezidentlərinə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, Həsən Ruhani öz məktubunda Novruzu sülh və dostluğun təcəlli etməsi ilə insaniyyət baharının başlaması kimi xarakterizə edib:

“Bunun da ən yaxşı təcəllisi Novruz beynəlxalq mədəniyyətində özünü göstərir. Novruz BMT Baş Assambleyasında qəbul edilməsi ilə dünyaya aid olduğunu və insanlıq mədəniyyətinin bir mirası olaraq sayıldığını bildirdi. Novruz bayramı münasibətlə dünya daxilində, beynəlxalq mədəniyyət və ilahi dinlərin qanunları istiqamətində, qardaşlıq və mənəviyyat, gerçək ədalət və əxlaq təməlində sülh və dostluğun reallaşmasını arzulayıram”.

APA


Teqlər:  





Xəbər lenti