Ketrin Eştondan İsrailə növbəti xəbərdarlıq

Ketrin Eştondan İsrailə növbəti xəbərdarlıq
  22 Mart 2014    Oxunub:1775
AzVision.az xəbər verir ki, Avropa Birliyi İsrailin yəhudi məskunlaşmalarını genişlətmə planına reaksiya göstərib. Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton yazılı açıqlamada İsrailin Qərbi Şəriyə və Qüdsdəki məskunlaşmaları genişlətmə planının dərin xəyal qırıqlığı yaratdığını ifadə edib:

"Yekun status məsələlərində əvvəldən hər hansı bir təktərəfli fəaliyyət mövcud sülh müzakirələri və nəticələrini təhdid etməkdədir".

Eşton beynəlxalq cəmiyyətin və AB-nin İsraili mövcud müzakirələri, məskunlaşmaları davamlı genişlədərək minalamaması mövzusunda dəfələrlə xəbərdar etdiyini ifadə edib. O, Təl Aviv rəhbərliyinə planlarını yenidən nəzərdən keçirməsi və bu qərardan daşınmağa çağırıb.

"Mövcud sülh müzakirələri israillilər və fələstinlilər üçün bənzərsiz bir fürsət təşkil edir. Yekun sülh müqaviləsi hər iki xalqa böyük faydalar gətirəcək. Belə tarixi bir fürsət ziyan edilməməlidir"./ANS/


Teqlər:  





Xəbər lenti