Xəzəryanı ölkələrin xarici işlər nazirləri görüşəcək

Xəzəryanı ölkələrin xarici işlər nazirləri görüşəcək
  22 Mart 2014    Oxunub:1194
Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü mayın 11-12-də Həştərxanda keçiriləcək.

AzVision.az APA- ya istinadən xəbər verir ki, bundan əvvəl Türkmənistanın Aşqabad şəhərində 5 sahilyanı ölkənin xarici işlər nazirlərinin müavinləri çərçivəsində görüş keçiriləcək.

Qeyd edək ki, Rusiyanın İrandakı səfiri Levan Caqaryan İSNA-ya müsahibəsində bildirib ki, Rusiya Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin bu il sentyabrın 29-da Həştərxan vilayətində keçirilməsi təklifi ilə çıxış edib. Onun sözlərinə görə, yığıncaqda Xəzər dənizinin hüquqi statusu və ekologiya vəziyyəti ilə bağlı məsələlər müzakirə olunacaq. L.Caqaryan həmçinin deyib ki, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşünün müavinlərinin aprelin 22-də Həştərxanda keçirilməsinə dair razılıq əldə olunub.

Bu arada İranın Rusiyadakı səfiri Mehdi Sənai Rusiya prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İqor Bradçikev arasında görüş keçirilib. Görüşdə Xəzər dənizinin hüquqi statusu ilə bağlı fikir mübadiləsi aparılıb.



Teqlər:  





Xəbər lenti