Gülər Əhmədova şeir yazır

Gülər Əhmədova şeir yazır
  01 Aprel 2013    Oxunub:1556
Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədova cəbhəsindən yeni xəbərlər var.
Bu barədə mətbuata açıqlamasında sabiq deputatın vəkili Raqif Mustafayev məlumata verib. Öncə müvəkkilinin sağlıq durumuna toxunan vəkilin sözlərinə görə, G.Əhmədovanın orqanizmindəki əsas problemlər ürəyində və beynindədir: “Gülər xanımın beyni sakitləşmir. Psixotrop maddələr qəbul edir ki, rahatlansın. Onun səhhətində ciddi problemlər var. Müayinə və müalicə lazımdır. İstintaq təcridxanasında isə belə şərait yoxdur”. Müsahibimiz dedi ki, müvəkkilinin müalicə müəssisəsinə köçürülməsi üçün daha öncə müraciət etsə də, cavab almayıb: “Bu barədə heç bir tədbir görülmür. Başını tomoqrafiyadan keçirmək lazımdır. Gicəllənməsi var, bir hissəsi ağrıyır. Azadlıqda olanda psixiatr resept yazıbmış. İndi o dərmanlardan istifadə edir. Bu hadisələrdən sonra onda beyin pozuntuları olub. Ona görə də müalicəsində israr edirik”.

Vəkil Gülər Əhmədovanın oğlu ilə bağlı narahatçılığının qaldığını da dedi. Amma müsahibimiz söylədi ki, sabiq deputat oğlunun ona görə cəzalandırılması ehtimalını yaxına buraxmır: “Gülər xanım düşünür ki, bu, sadə bir hadisədir. Hər bir əsgərin başına gələ bilər”.

Müsahibimiz sabiq deputatın onunla daha çox öz problemləri, ailəsi, uşaqları ilə bağlı söhbət etdiyini dedi. “Həbs olunan adam ancaq öz problemləri ilə məşğul olur” deyən müsahibimiz G.Əhmədovanın ondan ancaq ailə üzvlərini soruşduğunu, cəmiyyətdən xüsusi olaraq heç kimlə maraqlanmadığını vurğuladı: “Özünün dediyinə görə, içəridə şeir yazır. Azadlıqda olanda da şeir yazırmış. İndi hisslərini şeirlə daha yaxşı ifadə edir. Təəssüf ki, şeirləri məndə yoxdur. Sadəcə deyib ki, şeir yazıram”.
/yeni müsavat




Teqlər:  





Xəbər lenti