32 min il yaşı olan insan sümüyü tapılıb

  28 Sentyabr 2021    Oxunub :503
32 min il yaşı olan insan sümüyü tapılıb
Çinli arxeoloqlar Xenan əyalətində yerləşən mağarada 32 min yaşı olan insana məxsus kəllə sümüyünün qalıqlarını tapıb.
Azvision.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Xenan Mədəni İrs və Arxeologiya İnstitutunun prezidenti Liu Haivanq deyib ki, yeni tapıntılar Çində müasir insanların mənşəyi və inkişafının öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edir. Ərazidən tapılan kəllə sümüyünün yaşı isə 12 min il əvvələ gedib çıxır.
Arxeoloqlar insan kəllə sümüyündən başqa yaşı 30-la 40 min arasında dəyişən heyvanlara məxsus 10 mindən çox sümük qalığı da tapıblar. Onlar at, keçi, ayı, maral, qaban və canavar qalıqlarıdır. Xatırladaq ki, bu yaxınalrda ABŞ Geoloji Xidmətinin bir qrup alimi Nyu Meksiko ştatında 20 min ildən çox yaşı olan insan ayaq izləri aşkar etmişdi.

Tural Tağıyev
Azvision.az

Teqlər: Arxeoloq   Çin  







Xəbər lenti