Bu gündən yuxarı sinif şagirdləri üçün dərslər başlayır

  29 Sentyabr 2021    Oxunub :602
Bu gündən yuxarı sinif şagirdləri üçün dərslər başlayır
Ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə 29 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlanılıb. Bu gün qeyd edilən siniflər üzrə proqnoz göstəricilərinə əsasən, 968 230 şagird ənənəvi tədrisə başlayıb. İlk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Azvision.az xəbər verir ki, bu gündən ali, orta ixtisas və peşə təhsili müəssisələrində də əyani tədrisə start verilib. 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə 171 820 nəfər, magistratura pilləsi üzrə 16 920 nəfər, orta ixtisas təhsil müəssisələrində 57 693 nəfər tələbənin təhsil alacağı proqnozlaşdırılır.

Qeyd edək ki, cari tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagird təhsil alacaq. Təhsil müəssisələrində 2021-2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı əsasında sanitar-epidemioloji vəziyyətə uyğun həyata keçiriləcək.

Xatırladaq ki, ibtidai siniflər üzrə tədris sentybarın 22-də başlayıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Universitet   Kollec   Məktəb  







Xəbər lenti