Prokurorluq işçiləri şəhid və qazi ailələrini ziyarət edib

Prokurorluq işçiləri şəhid və qazi ailələrini ziyarət edib
  29 Sentyabr 2021    Oxunub:604
27 sentyabr Vətən müharibəsi şəhidlərinin Anım günü və 1 Oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə I və II Qarabağ müharibələrində iştirak etmiş şəhid və qazi ailələri prokurorluq işçiləri tərəfindən ziyarət edilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, 26-28 sentyabr 2021-ci il tarixlərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun işçiləri hər bir şəhid və döyüşlərdə yaralanmış qazi ailəsinin üzvləri ilə görüşərək onların dərdlərinə şərik olmuş, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş yenilməz Azərbaycan Ordusunun hər bir üzvünün qəhrəmanlıqlarından danışıblar. Ziyarətin yekununda xatirə fotoşəkilləri çəkilib.


Azvision.az


Teqlər: Şəhid   Prokurorluq  





Xəbər lenti