Kənd məktəblərinin yüksək ballı qaymaqları |
Sumqayıt şəhərindəki 11 nömrəli tam orta məktəbin məzunu olan Əbil Şəfiyev
- Baki Ali Neft Məktəbinin kimya mühəndisliyi fakültəsinin birinci kurs tələbəsiyəm. Mən 697,1 bal ilə respublika birincisi olmuşam. Bu bala əsaslansaq, təqaüd alacağım gözlənilən idi. Təqaüdü nəyə xərcləyəcəyimi indi bilmirəm, alandan sonra qərar verəcəyəm. Valideyinlərim dünən bu xəbərə çox sevindilər. Uğrumu onlara da borcluyam. Mənə hər zaman dəstək olublar.
Əbilin atası mühasib, anası isə xəstəxanada tibb bacısı işləyir. Bacısı Azərbaycan Dillər Universitetinin ingilis dili üzrə 3-cü kurs tələbəsidir. Qardaşı isə 11-ci sinif şagirdidir.
- Mən Qubadlının Xanlıq kənd sakiniyəm. Ailəm illərlə qaçqın statusu daşıyıb. Ermənilər kəndimizi işğal etdiyinə görə 30 il qaçqın həyatının çətinliyini görüblər. 44 günlük Vətən müharibəsinin Zəfəri isə bizim yaramıza məlhəm oldu. Mən buna görə görə Prezidentimizə və Ordumuza ürəkdən təşəkkür edirəm. Biz tələbələrə belə diqqət göstərdiyi üçün isə ayrıca minnətdarlıq edirəm,- Əbil dövlət başçısına təşəkkürünü bildirib.
Şahanə Rəhimli
Azvision.az