Fukusima əhalisi evlərinə dönür

Fukusima əhalisi evlərinə dönür
  23 Mart 2014    Oxunub:1208
Fukusima prefekturasının Kavauçi kəndinin təxliyə olunmuş sakinlərinə doğma evlərinə qayıtmaq icazəsi veriləcək.
Yaponiya hökumətindəki rəsmi mənbələrin bildirdiyinə görə, qəzalı “Fukusima-1” atom elektrik stansiyasının (AES) ətraf rayonlarından təxliyə edilən sakinlərə cari ilin aprelindən başlayaraq üç ay ərzində doğma evlərinə qayıtmağa və orada gecələməyə icazə veriləcəkdir. Əvvəllər həmin sakinlərə öz evlərinə baş çəkməyə icazə verilsə də orada gecələmək olmazdı.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, aprelin 26-dan başlayaraq Fukusima prefekturasının Kavauçi kəndinin 130 ev təsərrüfatının 270 üzvünə öz evlərinə gedərək orada gecələmək icazəsi veriləcək.

Üç il əvvəl “Fukusima-1” AES-də baş verən qəzadan sonra Kavauçi kəndinin sakinlərinin 40 faizi təxliyə edilib.
Mərkəzi hökumət və yerli bələdiyyə orqanları bu barədə göstərişin ləğv edilməsinin mümkünlüyünü müzakirə edirlər. Bildirildiyinə görə, dezaktivasiya işlərindən sonra həmin rayonda radiasiya səviyyəsi xeyli aşağı düşüb.


Teqlər:





Xəbər lenti