Toyuqların qənimi ələ keçdi

  01 Aprel 2013    Oxunub : 603
Toyuqların qənimi ələ keçdi
Zaqatalada toyuq oğrusu yaxalanıb
Zaqatala rayonunda həyətyanı sahələrdən toyuq oğurlayan şəxs saxlanılıb.

Belə ki, rayon sakinlərinin Zaqatala Rayon Polis Şöbəsinə şikayət ərizələri ilə müraciətləri əsasında rayonun Tala kənd sakini 30 yaşlı Cəlal İsmayılov saxlanılaraq istintaqa təhvil verilib.

Məlum olub ki, Cəlal İsmayılov müxtəlif vaxtlarda rayon ərazisində həyətyanı sahələrdən ümumilikdə 69 toyuq oğurlayıb.

Aparılan araşdırmalar nəticəsində o da məlum olub ki, saxlanılan şəxs Göyəm kənd sakini Tural Ramazanova məxsus kafedə onun gödəkçəsinin cibindən 92 manat məbləğində pul da oğurlayıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi acılıb, araşdırma aparılır.

AzVision.az

Teqlər: