Ermənistanın "silah baronu" həbs edildi

Ermənistanın "silah baronu" həbs edildi
  01 Oktyabr 2021    Oxunub:1214
Ermənistanın "silah baronu" kimi tanınan iş adamı David Qalstyan məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib.
Azvision.az erməni KİV-lərə istinadən xəbər verir ki, Qalstyan külli miqdarda mənimsəmə və sənədlərin saxtalaşdırılmasında şübhəli bilinir.

Bundan əvvəl eyni iş üzrə sabiq müdafiə naziri David Tonoyan da həbs olunub.
Qalstyan və keçmiş müdafiə naziri Tonoyan təxminən 4,7 milyon dolları mənimsəməkdə, ictimai təhlükəli hərəkətlər etməkdə və saxtakarlıqda şübhəli bilinirlər.

İş adamı həm də Müdafiə Nazirliyinə köhnə və yararsız mərmilər tədarük etməkdə ittiham olunur. Məlumata görə, “Patron Davo”nun şirkəti nazirliyə 1983-1986-cı illərdə istehsal olunan topların yerinə 1977-ci ildə Çexiyada istehsal olunan eyni təyinatlı hərbi texnika satıb.

“Silah baronu” sayılan D.Qalstyan dövlətə 523 milyon dram (1,08 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Həbs  





Xəbər lenti