İngiltərə Premyer Liqası İTV-də

İngiltərə Premyer Liqası İTV-də
  01 Oktyabr 2021    Oxunub:1350
Azərbaycan teleməkanında böyük tamaşaçı auditoriyasına malik, dünyanın ən baxımlı liqası sayılan İngiltərə Premyer Liqasının 2021/2022 mövsümünün mərkəzi oyunlarınıın İctimai Televiziya (İTV) ilə yayımlanması barədə razılıq əldə olunub.
İTV-dən Azvision.az -a verilən məlumata görə, futbol həvəskarları hazırda İngiltərə premyer liqasının oyunlarını ölkə ərazisində izləməklə bağlı problemlə üzləşdiyi üçün nüfuzlu idman tədbirlərinin yayımlanmasında zəngin təcrübəyə malik İctimai Televiziya azarkeşlərə növbəti sürpriz edir. Anlaşmaya əsasən hər turun 2 mərkəzi qarşılaşması İctimai Televiziya vasitəsilə canlı yayımda futbol azarkeşlərinə təqdim olunacaq.

Premyer Liqa ilə bağlı yayımın əldə olunmasında bizi tərəfdaş olaraq seçdiyinə görə “Saran Holdinq”ə təşəkkürümüzü bildirir və bu əməkdaşlığın hər iki qurum üçün uğurlu olacağına inanırıq.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən bu razılığın əldə edilməsində telekanala ünvanlanan çoxsaylı müraciətlər, şirkətin sosial şəbəkə hesablarının mesaj qutularına yazılan yüzlərlə məktub və ümumiyyətlə premyer liqa oyunlarına böyük ictimai maraq nəzərə alınıb.

Beləliklə, bu həftənin şənbə günü oktyabrın 2-si saat 15:30-da başlayacaq “Mançester Yunayted” – “Everton” oyunu ilə İngiltərə Premyer Liqası Azərbaycan teleməkanına qayıdır. Bazar günü saat 19:30-dan başlayaraq isə futbol azarkeşləri “Liverpul”-“Mançester Siti” oyununu İctimai Televiziya vasitəsilə canlı izləyə bilərlər. Xoş seyrlər!

Azvision.az



Teqlər: İTV  





Xəbər lenti