`Federasiya kuboku`nun ilk qalibləri müəyyənləşdi

`Federasiya kuboku`nun ilk qalibləri müəyyənləşdi
  23 Mart 2014    Oxunub:1260
Xızıda keçirilən “Federasiya kuboku” turnirinin ilk gününün qalibləri müəyyənləşdi.
Xızıda velosiped idmanının şose növü üzrə “Federasiya kuboku” turniri keçirilir.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının illik təqvim planına əsasən fərdi növlər üzrə təşkil olunan yarışda qurumun nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-dən artıq idmançısı iştirak edir.
Yarışın ilk günündə 25 kilometr məsafəyə mübarizədə Tural İsgəndərov 37 dəqiqə 59 saniyə göstərici ilə bütün rəqiblərini geridə qoyub. Aqşin İsmayılov qalibə 1 dəqiqə 34 saniyə uduzmaqla ikinci olmuşdur.

Azərbaycanın U-17 komandasının üzvü, “Lokomotiv“ klubunun təmsilçisi Kərim Şirəliyev 15 kilometr məsafəyə mübarizədə bütün rəqiblərindən üstün olmuşdur. Kiçik yaşlı idmançıların yarışına gəlincə 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin təmsilçisi Xankişi İsgəndərov 6 kilometr məsafəni 11 dəqiqə 22 saniyəyə başa vurmaqla ən yaxın izləyicisi, komanda yoldaşı Ravil Xıdırovu 2 saniyə qabaqlayıb.
Yarışın təşkilində əsas məqsəd velosiped idmanının populyarlaşmasına və kütləviliyinə nail olmaq, həmçinin yığma komandalara namizəd velosipedçilərin hazırlıq səviyyəsini yoxlamaqdır.

Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.


Teqlər:





Xəbər lenti