PKK-nın Kərkük üzrə məsul şəxsi öldürülüb

 PKK-nın Kərkük üzrə məsul şəxsi öldürülüb
  01 Oktyabr 2021    Oxunub:1282
Türkiyə Milli İstiharat (Kəşfiyyat) Təşkilatı və Silahlı Qüvvələrinin İraqın şimalında, Kandildə antiterror əməliyyatı keçirib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK qruplaşmasının Kərkük üzrə “məsulu” Mehmet Hatip Arıtürk zərərsizləşdirilib.

“Delil Siirt” kod adlı Mehmet Hatip Arıtürk 2016-c ildə terrorçuları Türkiyəyə qarşı istifadə etmək üçün raket və hərbi texnika ilə təmin edib.

Azvision.az



Teqlər: PKK  





Xəbər lenti