Ərdoğandan internetlə bağlı sərt açıqlamalar

Ərdoğandan internetlə bağlı sərt açıqlamalar
  24 Mart 2014    Oxunub:858
"Türkiyənin milli maraqlarına ziyan vuran bütün internet resurslar bağlanılacaq"
Azvision.az türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin milli maraqlarına ziyan vuran bütün internet resurslar bağlanılacaq. Bu barədə ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan bazar günü deyib.

Onun sözlərinə görə, milli maraqlar ölkə üçün prioritetdir və Türkiyə onların qorunması üçün lazımi tədbirləri görəcək.

Xatırladaq ki, Türkiyə hakimiyyəti cümə gününə keçən gecə Twitter mikrobloqlar şəbəkəsinə girişi bağlayıb.

Ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan belə bir imkanın olması barədə bəyanatla çıxış etdikdən bir neçə saatdan sonra şəbəkəyə giriş bağlanılıb.

Ərdoğanın sözlərinə görə, ölkə vətəndaşlarını yad təsirlərdən qorumaq üçün lazım gələrsə, Youtube və Facebook-dan istifadəsinə qadağa qoyulması məsələsi gündəmə gətirilə bilər.

Lakin Türkiyə Prezidenti Abdullah Gül ölkədə "Youtube"-un və "Facebook" sosial şəbəkəsinin bağlanmasının qeyri-mümkün olduğunu bildirib.



Teqlər:  





Xəbər lenti