Ərdoğan İstanbul mitinqində Qarabağdan danışdı - VİDEO

Ərdoğan İstanbul mitinqində Qarabağdan danışdı - VİDEO
  24 Mart 2014    Oxunub:1160
İki milyon nəfərin iştirak etdiyi mitinqdə azərbaycanlılar da olub və onlar Azərbaycan bayrağını dalğalandırıblar
Azvision.az yerli mətbuata istinadən verdiyi xəbərə görə, Türkiyədə hakim partiyanın Yenikapıda təşkil etdiyi "Yenidən Milli İradə Mitinqi" tarixə düşüb.

Türkiyənin Ədalət və inkişaf Partiyası (AKP) İstanbulun Yenikapı Meydanında 2 milyona yaxın insanın iştirakı ilə mitinq keçirib.

Mitinqdə alovlu çıxışlar edən Ərdoğan 250 min kvadrat metrlik sahədə baş tutan mitinqə 2 milyon adamın gəldiyini bildirib.

Gündəmlə bağlı açıqlamalar verən Ərdoğanın çıxışı canlı olaraq yayımlanıb. Sözügedən çıxışda İstanbulu salamlayan nazir Azərbaycanda da izləndiyini dilə gətirib:

"İstanbul, sizə Bütün Türkiyənin salamlarını gətirmişəm. İstanbulun bütün qardaş şəhərlərini salamlayıram. Buradan İslamabadı, Bakını salamlayıram. Burdan Mosulu, Kərkükü, Şamı, Beyrutu salamlayıram. Qəzzanı, Fələstini salamlayıram. Bu gün bütün dünya İstanbulu, sizi izləyir. Bu gün dünyanın bütün məzlumları, kasıbları sizi izləyir. Qahirədə səsləri oğurlanmış qardaşlarım sizi izləyir. Şamda üzərinə bombalar yağan, ciyəri yanmış analar sizi izləyir. Bağdaddakı könüllər İstanbulu izləyir. Qarabağda torpaqları tapdalanmış qardaşlarımız sizi izləyir."

Qeyd edək ki, 2 milyon nəfərin iştirak etdiyi mitinqdə azərbaycanlılar da olub və onlar Azərbaycan bayrağını dalğalandırıblar./ANS/





Teqlər:





Xəbər lenti