"Facebook"la bağlı xəbərdarlıq olunubmuş: "15 dəqiqə sonra bütün sistem çökəcək"

   "Facebook"la bağlı xəbərdarlıq olunubmuş:    "15 dəqiqə sonra bütün sistem çökəcək"
  05 Oktyabr 2021    Oxunub :474
Dünən dünyada ən çox istifadəçisi olan üç sosial şəbəkənin- "WhatsApp", "Instagram" və "Facebook"un çökməsi bir sıra suallar yaradıb. Azvision.azxəbər verir ki, Rusiya mediası "texniki böhrandan" öncə total çöküşün olacağı barədə xəbərdarlığın verilməsindən yazıb.
Qəribədir ki, xəbərdarlığı edən şəxs hər şeyi dəqiqliyi ilə deyib.

- Sosial şəbəkə böhranından 15 dəqiqə əvvəl məşhur "4chan.org" internet forumunda kimliyi hələlik bəlli olmayan bir istifadəçi "indi bütün sistem çökəcək" yazaraq sosial şəbəkə böhranının baş verəcəyini elan etdi. Onun müəmmalı xəbərdarlığında bu cümlələr yer alıb-
"Qlobal bir internet şirkətində işləyirəm və burada bir neçə dəqiqədən sonra qlobal internetin bağlanacağına dair söz-söhbətlər eşitdim. Təxminən 15 dəqiqədən sonra bütün sosial şəbəkələr çökəcək. Artıq texniki problemlər başlayır". Həqiqətən də, müəyyən bir müddətdən sonra dünyanın ən böyük sosial şəbəkə xidmətlərinin işində görünməmiş bir böhran yaşandı. Maraqlıdır, bu təsadüf idi, yoxsa işin içində nələrsə var?



Nə olmuşdu? - Feysbukun açıqlaması
Qeyd edək ki, oktyabrın 4-də axşam saatlarında dünyada ən çox istifadə edilən sosial şəbəkələrdən sayılan "Facebook", "Instagram" və "WhatsApp"ın fəaliyətində uzunmüddətli problem yaşandı. İstifadəçilər mesaj göndərməkdə, serverə qoşulmaqda və ya məlum tətbiqləri yükləməkdə çətinlik çəkdilər. "Facebook"un qurucusu Mark Zukerberq texniki nasazlığa görə 6,6 milyard dollar itirdi.

Maraqlıdır ki, "Facebook"dakı nasazlıqdan dərhal sonra bəzi aktiv şəkildə istifadə olunan sayt və sosial şəbəkələr də çökdü. "TikTok", "Google", "YouTube", "Viber" həmçinin, "Twitter", "Gmail", "Tinder", "Snapchat", "Netflix" və "Zoom"un iş rejimində qlobal problemlər qeydə alındı. Yalnız altı saatdan sonra "Facebook" və "Instagram" qismən normal fəaliyyətə başladı. Bu texniki böhran şirkətin son 13 ildə ən böyük uğursuzluğu kimi qiymətləndirilir.

Tural Tağıyev
Azvision.az

Teqlər:   Facebook   İnternet   Böhran  







Xəbər lenti