Jirinovskinin yeni sərgüzəştləri

Jirinovskinin yeni sərgüzəştləri
  24 Mart 2014    Oxunub:783
Polşa prezidentinin köməkçisi Tomaş Nalenç: “Yalnız başdan xəstə insan belə təkliflə çıxış edə bilər”.

Rusiyanın Liberal Demokratlar Partiyasının lideri, Dövlət Dumasının sədr müavini Vladimir Jirinovski yeni sərgüzəştlərinə imza atıb. AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dünya siyasi arenasının təlxəyi rolunu öz üzərindən götürməyə qoymayan Jirinovski səlahiyyətlərindən sui istifadə edərək rəsmi olaraq Polşa Xarici İşlər Nazirliyinə Ukraynanın bölünməsini nəzərdə tutan məktub göndərib. Gülünc məktubda Polşaya Ukraynanın Volın, Lvov, İvano-Frankovsk, Ternopol və Rovno vilayətlərində həmin ərazilərin onlara mənsub olması ilə bağlı referendum keçirməyə təklif edib. Polşa XİN bu təklifdən hiddətlənib və bu cür bəyanatları “qəribə” adlandırıb. Polşa prezidentinin köməkçisi Tomaş Nalenç isə bilidirib ki, yalnız başdan xəstə insan belə təkliflə çıxış edə bilər.

Polşanın TVP1 kanalına müsahibə verən Nalenç vurğulayıb ki, xəstə insanların təkliflərini Polşa ciddiyə almır və onlar dost ölkənin torpaq bütövlüyünə hörmətlə, sayğıyla yanaşır

Eyni “təklifləri” Macarıstan və Rumıniya da alıb. Onlara müvafiq olaraq Zakarpatye və Çernovtsı vilayətlərini özlərinə birləşdirmək təklif olunur. Ukraynaya isə yalnız mərkəzi hissə qalmalıdır. Qeyd edək ki, bundan əvvəl V. Jirinovski Dövlət Dumasının tribunasından Ukraynanın parçalamasına çağırıb. O bildirib ki, Kiyev heç vaxt dövlətin federallaşmaya razılaşmayacaq, çünki bu halda Kiyev heç nəyi idarə edə bilməyəcək. O vurğulayıb ki, Ukraynanın dövlət qurmaq cəhdləri tarix boyu uğursuzluqla nəticələnib.

Jirinovskinin iddialı bəyanatlarına baxmayaraq, hələ onun özündən soruşan yoxdur ki, Rusiya Federasiyası kimi nüfuzlu bir ölkənin yüksək postunda belə siyasətdən kənar adamın olması nə ilə əlaqədardır?


Teqlər:  





Xəbər lenti