İtən təyyarədən xəbər var

İtən təyyarədən xəbər var
  24 Mart 2014    Oxunub:1107
Dünən tapıldığı haqqda yayılan xəbərlər təkzib olundu. Hazırda Hind okeanında axtarış əməliyyatına Çin və Yaponiya da qoşulub.
Mart ayının 8-də radarlardan itən Malayziyaya məxsus "Boinq-777" təyyarəsinin axtarışlarına yeni ölkələr qoşulur.

AzVision.az anspress-ə istinadən xəbər verir ki, Çin və Yaponiya Hind okeanının cənub hissəsində aparılan axtarış əməliyyatlarına cəlb ediliblər. Bu ölkələr onlarla təyyarə və hərbi gəmi ilə işə başlayıblar.

Peyk şəkillərinə əsasən, təyyarənin qalıqları ola biləcək obyektlərin yerləşdiyi 70 min kvadrat kilometr sahəsi olan ərazini 10 təyyarə nəzərdən keçirəcək. Bu gün bölgədə hava şəraitinin pisləşəcəyi və bunun axtarış əməliyyatını çətinləşdirəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, martın 8-də Malayziyanın paytaxtı Kuala-Lumpurdan Çinin paytaxtı Pekinə uçarkən Vyetnam səmasında radarlardan itən "Boinq-777" təyyarəsində ekipaj üzvləri ilə birlikdə 239 nəfər olub.


Teqlər:





Xəbər lenti